Daha bir QARŞIDURMA: İran qanlı hücuma hazırlaşan İsraillə əlaqəli 14 terrorçunun tutulduğunu açıqladı

  • By arzu
  • 31 Avqust 2023 14:14

İran İsraillə bağlantılı 14 terrorçunun yaxalandığını açıqlayıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyinin məlumatında bildirilir.

İran və İsrail araasında gərginlik davam edir.

Rəsmi tehran həbs edilənləri “terror” ittihamı ilə nəzarət altına alıb.

“Tasnim” xəbər agentliyinin yazdığına görə, İranın Kəşfiyyat Nazirliyi 4 bölgədə terror hücumu hazırlığında olan 14 nəfər həbs edildiyini açıqlayıb.

“Təhlükəsizlik qüvvələrimiz Mazandaran, Kirmanşah, Xusiztan, Sistan-Bəlucistan bölgələrində gerçəkləşdirdikləri əməliyyatla yaxalanan adamlarla birlikdə çeşidli markalarda silah və sursat ələ keçiriblər.

İsraillə əlaqəli olduğu iddia edilən adamların kimlikləri və təşklilatı üzvlükləri ilə bağlı bilgi verilməyib.

 

Tərcümə: Arzu

Gununsesi.info