
İsrailin Xarici İşlər Naziri Eli Cohen İrlandiyaya etiraz edən açıqlama səsləndirib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, nazir Cohen İrlandiyadan olan həmkarı Maykl Martinlə keçirdiyi görüşdə Fələstin məsələsində “müstəqil yanaşma” istəklərini dilə gətirib.
Qərbi Qüdsdəki İsrailin Xarici İşlər Nazirliyinin binasında iki nazirin görüşündən sonra İsrail XİN-dən mövzu ilə bağlı açıqlama verilib.
İki ölkə münasibətlərinin inkişaf etdiriləmsinin ələ alındığı dialoq zamanı Cohen İrlandiyadan “Fələstin məsələsində İsrailə qarşı düşməncə deyil, müstəqil bir yanaşma sərgilənməsi”ni istəyib.
Cohen İrlandiyanın Fələstin məsələsində “ədalətli və tərəfsiz bir yanaşma” açıqlayacağı halda, bölgədə önəmli bir rolu üzərinə ala biləcəyini vurğulayıb.
“İsrail ərəb ölkələri ilə imzaladığı normallaşma anlaşmaları ilə (Fələstin məsələsinin) regional barışığa əngəl təşkil etmədiyini isbat etdi”, – deyə Cohen vurğualyıb.
İsraillə İrlandiyanın texnologiya, iqtisadiyyat və turizmdə münasibətlərini irəlilədə biləcəklərini söyləyən Cohen İsrailin Fələstinə insani və iqtisadi yardımı xoş qarşıladığını, ancaq problemə “kənardan müdaxiləni qəbul etməyəcəklərini” deyib.
Xatırladaq ki, İrlandiya Fələstinə dəstək verən Avropa ölkələri sırasında yer alır. Rəsmi Dublin 1980-ci ildə Fələstin dövlətinin qurulmasını dəstəkləyən ilk Avropa Birliyi ölkəsi olub.
İrlandiya Parlamentinin yüksək palatası və alt palatası 2014-cü ildə hökumətdən Fələstin dövlətinin tanınmasını istəyən bir qanun təklifini qəbul etmişdi.
İrlandiyanın Qərbi Şəriədəki (İordan çayının Qərb sahili) paytaxt Ramallah şəhərində təmsilçilik ofisi, Fələstinin də eyni şəkildə paytaxt Dublində təmsilçilik ofisi var. Ancaq İrlandiya Fələstini müstəqil ölkə olaraq tanımır.
Tərcümə: Arzu