Polşadan nəhəng silah alımı: 22 milyard avroluq…

  • By arzu
  • 06 Sentyabr 2023 16:35

Polşanın Müdafiə Naziri Marius Blasczak ölkənin hava müdafiə sistemlərini inkişaf etdirmək üçün yeni anlaşmanı təsdiq edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, hərbi-texniki cihazlarla bağlı həmin müqavilə 22 milyard avro dəyərindədir.

Polşanın Müdafiə Nazirliyindən edilən açıqlamada anlaşmanın qısa mənzilli təyyarə əleyhinə zenit raket sistemlərini və 1700 Pilotsuz Uçan Aparat da daxil olmaqla, çeşidli texniki qurğuları əhatə etdiyi bildirilib.

Polşa hökumətinin 2018-ci ildə başlatdığı “Visla Hava Müdafiə Proqramı” çərçivəsindəki anlaşmaları Polşanın Müdafiə Naziri Marius Blasczak təsdiqləyib.

Hərbi cihazlar arasında Patriot-IBCS batareyaları, yeni dəniz raket vasitələri, Pilisa+ üçqatlı hava hücumundan müdafiə sistemləri də var.

“Davamlı olaraq çoxsaylı modern bir ordu inşa edirik”, – deyə nazir bildirib.

Xatırladaq ki, Polşa hökuməti ölkə ordusunu Avropanın ən güclülərindən biri halına gətirmək üçün Cənubi Koreya və Amerika ilə yüzlərlə tank və çoxlu sayda raket fırladıcıları satın almaq üçün anlaşmalar imzalayıb.

 

Tərcümə: Arzu

Gununsesi.info