Çində “iPhone”-dan istifadə etmək qadağan olunur

Çin hakimiyyəti dövlət qulluqçularına iş üçün iPhone-dan istifadə etməyi qadağan edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Bildirilir ki, Pekin illərdir bəzi agentliklərdəki hökumət rəsmilərinə iş üçün iPhone-dan istifadə etməyi qadağan edib, lakin qadağa indi genişləndirilib.

Qəzet vurğulayır ki, qadağa təkcə iPhone-a deyil, digər xarici smartfonlara da aiddir.

Artıq hər hansı xarici smartfonların dövlət idarələrinə gətirilməsi də qadağandır.

Xarici cihazlara qoyulan məhdudiyyətlər Pekinin xarici texnologiyadan asılılığı azaltmaq kampaniyasının son addımıdır.

Qeyd edək ki, bu qərar Apple-ın ölkədəki uğurunu sarsıda bilər.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info