
“ABŞ prezidenti Co Baydenini mövcud yaşı vəziyyəti onun siyasi qərarlar verməyə mane olmur”.
Gununsesi.info xəbər verir ki, bu sözləri mətbuata ABŞ-ın vitse-prezidenti Kamala Harris deyib.
“Mən onu hər gün görürəm. Biz Oval Ofisdə birlikdə xeyli vaxt keçiririk, burada onun problemləri anlamaq və ən çətin vəziyyətləri heç kimin Amerika xalqı adından ağıllı və vacib qərarlar verə bilməyəcəyi şəkildə həll etmək bacarığını görürəm”.
Harris, Baydenin yaşının onun işinə mənfi təsiri ilə bağlı şayiələri qətiyyətlə təkzib edir.
Həmçinin o, Baydenin səhhətinin kəskin şəkildə pisləşdiyi barədə xəbəri də təkzib edib və belə bir presedentin mümkünlüyünə inanmadığını vurğulayıb.
Qeyd edək ki, amerikalı seçicilərin böyük əksəriyyəti ABŞ prezidenti Co Baydeni yeni prezidentlik müddəti üçün çox yaşlı hesab edir.
Tərcümə
Şəbnəm
Gununsesi.info