Ermənistanda iki məmur korrupsiyaya görə saxlanıldı

  • By Mina
  • 05 Aprel 2024 17:22

Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin müstəntiqləri Ermənistan Dövlət Gəlirləri Komitəsinin departamentlərindən birində axtarışlar aparıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Shamshyan.com” məlumat yayıb.

Məlumata görə, müstəntiqlər genişmiqyaslı əməliyyat-istintaq işləri zamanı Dövlət Gəlirləri Komitəsində korrupsiya faktları aşkar ediblər.

Bundan sonra iki əməkdaş – Kamsar Avetisyan və Volodya Avaqyan saxlanılıb.

Adıçəkilən vəzifəli şəxslərin ofislərində axtarışlar aparılır.

Gununsesi.info