
Rusiya parlamentarilərindən ibarət nümayəndə heyəti 2024-cü ilin mayında İrəvana səfər edəcək.
Gununsesi.info xəbər verir ki, bunu senator, parlamentlərarası komissiyanın üzvü Vladimir Cabarov “Sputnik Ermənistan” platformasının Moskva-Minsk-İrəvan videokörpüsü zamanı deyib.
İki ölkə arasında münasibətlərdə müəyyən çətinliklərin olması fonunda senator bildirib ki, parlamentlər arasında iş ümumilikdə konstruktiv istiqamətdə gedir.
“Ermənistan parlamentariləri ilə normal təmaslarımız var. May ayında Ermənistana gedirik. Əməkdaşlıq etmək istəyi var və erməni deputatlar səfərlərdən imtina etmirlər. Mənə elə gəlir ki, parlamentarilər münasibətlərin yaxşılaşdırılmasında müsbət rol oynaya bilərlər”, – o qeyd edib. .
Siyasətçi etiraf edib ki, qarşılıqlı iddialar və narazılıqlar var və ola bilər, lakin bunların hamısını həll etmək olar.
Gununsesi.info