Paşinyan USAID rəhbəri ilə danışıqlar aparıb

Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla USAİD-in rəhbəri Samanta Pauer arasında baş görüş baş tutub.

 

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, görüşdə Nikol Paşinyan Ermənistan və Amerika Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə sıx əməkdaşlığın davam etdirələcəyi bildirilib.

 

Tərəflər gələcəkdə əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.

 

Xüsusilə, USAİD “Ermənistanda aparılan demokratik islahatların və institusional dəyişikliklərin səmərəli həyata keçirilməsinə” dəstək və “demokratiyanın gücləndirilməsi və inkişafı naminə” Ermənistan hökumətinin proqramlarına yardım vədi edib.

 

 

 

 

Gununsesi.info