
Litvanın Baş naziri İnqrida Şimonite Ukrayna üçün 3 minə yaxın pilotsuz uçuş aparatı (PUA) alacaqlarını açıqlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Baltikyanı respublikanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Ümid edirik ki, onlar bu il cəbhəyə çatdırılacaq”, – Şimonite bildirib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinə dəstək məqsədilə ölkədə xüsusi reabilitasiya proqramı hazırlanır.
Gununsesi.info