
Rusiya paytaxtı Moskvanın şimal-qərbində yerləşən “Şuka” ticarət mərkəzi bomba təhlükəsi ilə əlaqədar boşaldılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə TASS-a Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib.
“Şuka ticarət mərkəzindəki insanlar partlayış təhlükəsi ilə əlaqədar təxliyə edilib. Hadisə yerində polis və kinoloqlar işləyir”, – agentliyə məlumat verilib.
Qeyd olunub ki, yaxınlıqdakı ərazi də yoxlanılır və təhlükə barədə məlumat verən şəxsin kimliyi müəyyənləşdirilir.
Gununsesi.info