
Moskvanın Basmannı məhkəməsi “Crocus Hall”da terror aktı ilə bağlı iş üzrə 11-ci müttəhim Məhəmməd Zoir Şaripzodanı həbs edib.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, Tacikistan vətəndaşı olan Şaripzoda terror aktı törətməkdə ittiham olunur.
Xatırladaq ki, martın 22-də axşam saatlarında “Crocus City Hall” binasında terror aktı törədilib. Hadisə nəticəsində 144 nəfər həlak olub, 551 nəfər yaralanıb.
Gununsesi.info