Sumqayıtda beş yaşlı uşaq yeddinci mərtəbədən yıxılıb öldü

  • By ilhame
  • 05 Aprel 2024 19:03

Sumqayıt şəhərində beş yaşlı uşaq yaşayış binasının 7-ci mərtəbəsindən yıxılıb.

 

Gununsesi.info xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazisində baş verib.

 

Şahidlərin sözlərinə görə, 2019-cu il təvəllüdlü Eduard Mayis oğlu Mürsəlov yaşadığı evin eyvanından yıxılaraq ölüb.

 

Sumqayıt Tibb Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, 2019-cu il təvəllüdlü şəxs (kişi cinsli) 05.04.2024-cü il tarixində saat 16:43 radələrində mərkəzin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına ölü vəziyyətində daxil olub.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info