Boksçumuz 1/8 finalda uduzdu

  • By ilhame
  • 01 Noyabr 2021 20:58

Serbiyanın paytaxtı Belqraddakı boks üzrə dünya çempionatı davam edir.

Gununsesi.info xəbər verir ki, Azərbaycan boksçusu Mirşərif Kazımzadə 1/8 final görüşünə çıxıb. 75 kq çəki dərəcəsində mübarizə aparan idmançı özbəkistanlı Səidcəmşid Cəfərovla qarşılaşıb.

Rəqibinə 0:5 hesabı ilə uduzan Kazımzadə yarışla vidalaşıb.

Qeyd edək ki, bu gün daha 1 boksçu 1/4 finala vəsiqə uğrunda döyüş keçirəcək. Məsud Yusifzadə (51 kq) puerto-rikolu Yankiel Rivera ilə qüvvəsini sınayacaq.

Gununsesi.info