“Zirə” “Keşlə”yə qalib gəldi

  • By admin
  • 30 Oktyabr 2021 18:45

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib.

Gununsesi.info xəbər verir ki, ilk oyun günündə “Zirə” “Keşlə”ni qəbul edib.

Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Zirə”nin qollarını 17-ci dəqiqədə Loris Broqno, 42-ci dəqiqədə isə Ağabala Ramazanov vurub.

Qeyd edək ki, qələbə sayəsində xallarının sayını 15-ə çatdıran “Zirə” 3-cü pillədəki “Qəbələ”yə çatıb. 7 xala malik “Keşlə” isə 7-ci sırada qərarlaşıb.

Gununsesi.info