
Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.
Gununsesi.info-nun məlumatına görə, “Qəbələ” evdə “Sabah”la qarşılaşıb. Qəbələ şəhər stadionunda oynanılan qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu mövsüm ölkə çempionatında ardıcıl 2-ci qələbəsini qazanan “Sabah” 7 xalla sonuncu pillədə qalıb. 15 xalı olan “Qəbələ” isə 3-cü sıradakı mövqeyini qoruyub.
Qeyd edək ki, ilk oyun günündə “Zirə” evdə “Keşlə”ni 2:0, “Qarabağ” isə “Neftçi”ni 4:0 hesabı ilə məğlub edib. Tura bu gün keçiriləcək “Sumqayıt” – “Səbail” görüşü ilə yekun vurulacaq.
Gununsesi.info