
Barselona” La Liqada növbəti oyununu keçirib.
Gununsesi.info xəbər verir ki, Kataloniya klubu 11-ci turda səfərdə “Rayo Valyekano” ilə qarşılaşıb. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
“Rayo Valyekano” – “Barselona” – 1:0
Qol: Falkao, 30
Bu nəticədən sonra “Rayo Valyekano” 19 xalla 5-ci, Barselona” isə 15 xalla 9-cudur. Turnir cədvəlinə 21 xalla “Real” başçılıq edir.
Gununsesi.info