
Türkiyə Xarici İşlər Nazirliyi Qəzzaya çatdırılan humanitar yardımın 30 faizini təmin edən Türkiyənin fələstinlilərə ən çox yardım göstərən ölkə olduğunu bildirib.
Gununsesi.info xəbər verir ki, xarici İşlər Nazirliyinin sözçüsü Keçəli X sosial şəbəkəsindəki mesajında bildirib ki, Qəzzaya çatdırılan humanitar yardımın 30 faizini təmin edən Türkiyə fələstinlilərə ən çox yardım göstərən ölkədir.
“Humanitar yardımın ümumi həcmi 52 min tonu keçib”
Keçəli deyib: “Bu gün; 1908 ton humanitar yardım daşıyan gəmimiz Mersin limanını tərk etdi. 5066 ton humanitar yardım daşıyan başqa bir gəmimiz Misirin əl-Ariş limanında yaxınlaşıb. Ümumi humanitar yardımımız 52 min tonu keçib.”
(TRT haber)
Gununsesi.info