
Əfqanıstandakı Taliban hökuməti qadınların universitet təhsili almasını qadağan edib.
Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə, bu, ölkədə qadın və qızların hüquq və azadlıqlarının məhdudlaşdırılması yönündə ən son tədbirdir.
Ötən il hakimiyyətə gələn sərt xətt tərəfdarı islamçılar 1990-cı illərdəkindən daha yumşaq siyasət vəd edirdilər.
Ancaq qadınların həyatının bütün aspektlərinə məhdudiyyətlər gücləndirilib.
Dekabrın 20-də yayılmış bildirişdə Taliban hökumətinin ali təhsil nazirinin sərəncamına istinad edilir.
“Hamınıza qadınların təhsilini dərhal dayandırmağınız haqda məlumat verilir”, – Ali təhsil naziri Neda Məhəmməd Nadimin imzasıyla hökumət və özəl universitetlərə göndərilən məktubda deyilir.
Tərcümə:
Günay