
Şotland alimlər delfinlərlə bağlı maraqlı fikir ortaya atıblar.
Gununsesi.info xarici mətbuata istinadən xəbər veri ki, araşdırmaçı alimlər delfinlərin Alzheimer xəstəliyindən əziyyət çəkdiklərini irəli sürüblər. Onlar bunu delfinlərin sahib olduqları degenerativ əlamətlərlə əsaslandırırlar.
Şiş burunlu delfinlərin ara-sıra quruda oturmasının səbəbini demansiyanın (bunalma) səbəb olduğu çaşdırıcılıq və yönəlmə pozuqluğu bunun göstəricisi kimi izah edilir.
Şiş burunlu delfinlər və uzun üzgəcləri olan pilot balinalarında bu duruma rast gəlinir.
Demansiya digər heyvanlarda olduqca geniş yayılsa da, Alzheimer xəstəliyinin insanlar xaricindəki növlərdə təbii olaraq meydana gəlməsi kəşf edilməyib.
Ancaq Qlazqo Universitetindəki Andrey və Edinburq Universitetindən və Şotlandiyadakı Moredun Araşdırma İnstitutundan araşdırmaçıların 22 dişli balina və ya odontoset üzərində edilən ölümdən sonrakı sınaqların hər üç heyvanda insa Alzheimer xəstəliyi ilə bağlı önəmli beyin dəyişikliyi aşkarlandığını görmələri onları çaşqınlığa uğradıb.
Elm adamları bu cür beyin degenerasiyalarının səbəbini bilmirlər. Ancaq bəzi balina və delfin qruplarının nə səbəblə dayaz suda quruya oturmalarına dair nəzəriyyəni dəstəkləyə bilər.
European Journal of Neuroscience’da yayımlanan məqaləyə görə, üç heyvanda da sınaqlar Alzheimer xəstəliyinin üç ayrıdedici özəlliklərini göstərir. Beta-amiloid proteininin anormal səviyyələri, beyindəki neyronları pozan lövhələr halında yığılmışdı. neyronlar düymlər halında toplanmış və beyində iltihablanmaya səbəb olan qlial hüceyrələr yığılmışdı.
Qlazqo Universitetindən patoloq və Baş araşdırmaçı Dr. Mark Deqleish bu zərərin insanlarda Alzheimer ilə bağlı eyni idraki əksikliklərə səbəb olub-olmayacağını təsdiqləmənin mükün olmadığını söyləyib. Delfin və balinaların Alzheimer xəstəsi olub-olmamasını bəlli etmək üçün heyvanları canlı ikən tək-tək analiz etmək gərəkdir.
Tərcümə: Arzu Sayadoğlu