Çinin Milli Neft Şirkətinin (CNPC) Loyanin əyalətindəki obyektlərinin birində güclü yanğın başlayıb.
Gununsesi.org “TASS”a istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Yanğın yerli vaxtla 21: 30-da (Bakı vaxtı ilə 17:30) Fuşun şəhərində qeydə alınıb. Bildirilib ki, yanğının mümkün səbəblərindən biri ildırımın binaya düşməsidir.
Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürməyə çalışır.
Ölən və ya xəsarət alanlar barədə məlumat verilməyib.
Gununsesi.org
COMMENTS