Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında tibb işçiləri arasında koronavirusa yoluxma halı baş verib.
Gununsesi.org-un məlumatına görə, xəstəxananın Ginekologiya Şöbəsində doğuşa gələn bir qadından virus tibb işçilərinə yayılıb.
Bu axşam saatlarında Xəstəxana fəaliyyətini dayandırıb.
Məlumata görə, xəstəxananın bütün tibb personalından “COVİD – 19” testi götürüləcək. Yalnız bundan sonra xəstəxananın tam fəaliyyətini dayandırıb-dayandırmamasına qərar veriləcək.
Tibb ocağının Qəbul şöbəsi Gununsesi.org-un sorğusuna cavab olaraq, xəbəri təsdiqləyib.
Bildirilib ki, tibb müəssisəsinin açılacağı personalın test nəticələrindən sonra bəlli olacaq.
Gununsesi.org
COMMENTS