Respublika Kliniki Xəstəxanaya qəbul dayandırılıb- TƏBİB

Respublika Kliniki Xəstəxanaya qəbul dayandırılıb

TƏBİB Gununsesi.org-un ak. Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında çalışan tibb işçilərində koronavirus aşkarlanması barədə xəbərinə reaksiya verib.

 

Qurumun mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, Respublika Kliniki Xəstəxanası hazırda xəstə qəbulunu dayandırıb:

“Yoluxma yoxdur. Yeni qəbul qaydaları tətbiq ediləcək və daxili struktur dəyişikliklərinə görə, bir həftəlik müvəqqəti yeni qəbullar dayandırılıb. Amma xəstəxana fəaliyyətini davam etdirir, yəni içəridə olan xəstələr müalicəsini davam etdirir”.

 

Bununla belə Gununsesi.org xatırladır ki, bu barədə xəbər elə məhz adıçəkilən tibb ocağının həkimlərinə istinadən verilib. Həkimlərin hamısında “COVİD-19” testi aparılacağına dair də qərar qəbul edilib.
Gununsesi.org

COMMENTS