Çində son sutka ərzində daha 5 nəfərdə koronavirus aşkarlanıb, 8 pasiyent sağalıb, ölən olmayıb.
Gununsesi.org “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Qeyd edilir ki, yoluxma hallarından 3-ü ölkə daxilində (Tszilin əyalətində), 2-si isə xaricdən gələn şəxslərdə aşkarlanıb (biri Quandun, digəri isə Tyantszində).
Ölkənin tibb müəssisələrində 86 nəfərin müalicəsi davam etdirilir, onlardan 10-nun vəziyyəti ağır qiymətləndirilir.
Çində ümumilikdə 82 947 yoluxma, 4 633 ölüm halı qeydə alınıb, 78 227 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb.
Gununsesi.org
COMMENTS