ABŞ-da son sutka ərzində koronavirusdan daha 753 nəfər vəfat edib.
Gununsesi.org xəbər verir ki, bununla ölkədə Covid-19-dan ölənlərin sayı 89 260-a çatıb.
İndiyədək ABŞ-da 1 milyon 499 min 904 nəfər koronavirusa yoluxub, onlardan 336 724-ü sağalıb.
Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Gununsesi.org
COMMENTS