Böyük Britaniyada koronavirusun yaratdığı xəstəlikdən dünyasını dəyişənlərin sayı son 24 saat ərzində 468 nəfər artıb.
Gununsesi.org-un məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bununla da koronavirusdan dünyasını dəyişənlərin sayı 34 466 nəfərə çatıb.
Bildirilib ki, son sutkada 3 451 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Nəticədə Böyük Britaniyada 240 161 nəfərin COVID-19-a yoluxması təsdiqlənib.
Gununsesi.org
COMMENTS