
Elm adamları 46 min ildir ki, yenidən canlandırılmağı gözləyən soxulcanı yenidən həyata qaytara biliblər.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın şərqində hər il 250 gün donan Kolima Çayı yaxınlarında qısa müddətdə araşdırma edən Alman elm adamları tarixə keçəcək kəşfə imza atıblar.
Elm adamları 46 min ildir ki, Sibirdə donmuş torpağa basdırılı olan soxulcanların həyata döndürülməsini bacarıblar.
Bir müddətdir ki, bu canlıların nə olduğunu anlamağa çalışan ustalar bu növün Panaqrolaimus cinsinə aid nematoda olduğunu sanırdılar, 32 min yaşında olduğunu təxmin edirdilər.
Son radio karbon sınaqlarında bu durumun belə olmadığı ortaya çıxarıldı. Söhbət mövzusu növun 46 min yaşında olduğu qeydlərə keçib.
Uzunluğu 1 mm. olan kiçik soxulcanlar böyümələri üçün bəsləyici qidalarla dolu bir qapda həyata dönüblər. Soxulcanlar qabda bir müddət yaşadıqdan sonra hərəkət etməyə başlayıblar. Bu soxulcanlar 1 ay içində çoxalmağı, törəməyi və nəsillərini davam etdirməyi abcarıblar.
Tərcümə: Arzu