Avropanın təhlükəsizliyində Türkiyənin rolu böyükdür – Macar nazir

  • By arzu
  • 28 İyul 2023 17:51

Macarıstanın Xarici İşlər Naziri Peter Siyarto Avropanın təhlükəsizliyi ilə bağlı diqqətçəkən açıqlama verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, nazir Siyarto yeni dönəmdə Türkiyənin rolunun böyük olmasından danışıb.

“Bu yeni çağda Türkiyənin rolu çox böyükdür. Yalnız Macarıstan baıxmından deyil, Avropanın təhlükəsizliyi baxımından önəmi böyükdür”,  -deyə nazir söyləyib.

Macarıstanın Xarici İşlər Naziri Peter Siyarto Türkiyənin qısa zamanda ən güclü ölkələr arasında olacağını bildirib.

 

Tərcümə: Arzu

Gununsesi.info