Kadırovun oğlu nazir oldu

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Axmat Kadırov vilayətin bədən tərbiyəsi və idman naziri vəzifəsinə təyin edilib.

Gununsesi.info  xəbər verir ki, bu barədə Ramzan Kadırov teleqram kanalında məlumat verib.

“Axmat Kadırov Çeçenistan Respublikasının bədən tərbiyəsi və idman naziri vəzifəsinə təyin edilib. Əvvəllər bu vəzifəni tutan İsa İbrahimov Çeçenistan Respublikasının hökumət administrasiyası rəhbərinin müavini vəzifəsinə keçirilib”, – deyə məlumatda bildirilir.

 

Gununsesi.info