
İran Prezidenti İbrahim Rəisinin içərisində qəzaya uğrayaraq həlak olduğu helikopterin növü məlum olub.
Gununsesi.info -nun verdiyi xəbərə görə , bu barədə məlumatı “Tasnim” agentliyi yayıb.
Bildirilir ki, İran liderinin helikopteri Amerika istehsalı “Bell 212” tipli nəqliyyat vasitəsi olub.
Sözügedən helikopter 14 nəfərə qədər sərnişin daşıya bilir.