“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu

Azərbaycan Premyer Liqasında çempionluğu rəsmiləşdirən “Qarabağ”ın 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha dörd potensial rəqibi müəyyənləşib.

Gununsesi.info xəbər verir ki, Ağdam təmsilçisi “Selye” (Sloveniya), “Hamrun” (Malta), “Larne” (Şimali İrlandiya) və “UE Santa Koloma” (Andorra) ilə qarşılaşa bilər.

Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.

Qeyd edək ki, Litvanın “Panevejis”, Qazaxıstanın “Ordabasi”, İslandiyanın “Vikinqur”, San Marinonun “Virtus”, Belarusun “Dinamo” (Minsk) klublarının təmsilçimizin mümkün rəqibləri sırasında yer alacaqları dəqiqləşmişdi.

Gununsesi.info