Goranboyda 50 yaşlı piyadanı avtomobil vurub, vəziyyəti ağırdır

  • By Günel
  • 11 Noyabr 2024 23:47

Goranboyda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki,  hadisə Goranboy-Ağcakənd avtomobil yolunun rayonun Qaraçinar kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil, yolu keçmək istəyən piyada, 1974-cü il təvəllüldü M. Zeynalovu vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı aradırma aparılır.

Gununsesi.info