Bakıda avtomobil aşıb

  • By Günel
  • 12 Noyabr 2024 08:51

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə 8 Noyabr prospektində qeydə alınıb.

Belə ki, idarəetməni itirən yanacaq daşıyan avtomobilinin sürücüsü nəqliyyat vasitəsini aşırıb.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından Mühafizə Hissəsinin qüvvələri və polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info