Bərabər insan hüquqları olmadan müasir dünya ola bilməz -Aİ, ABŞ VƏ BÖYÜK BRİTANİYA SƏFİRLİKLƏRİ BAKIDA İNSAN HÜQUQLARI GÜNÜ İLƏ BAĞLI QƏBUL KEÇİRİB

  • By arzu
  • 09 Dekabr 2022 19:32

Bu gün Bakıda Avropa İttifaqının,  Böyük Britaniya və ABŞ səfirliklərinin birgə təşkilatçılığı ilə 10 Dekabr-Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilən qəbul keçirilib.

Gununsesi.info-nun tədbirdə iştirak edən əməkdaşının xəbərinə görə,müstəqil media quruluşları, vətəndaş cəmiyyəti qurumlarının, Avropa İttifaqına üzv ölkələrin səfirlərinin iştirak etdiyi qəbulda Avropa İttifaqının Azərbaycandakı səfiri Piter Mixalko insan hüquqları dəyərlərinin insan həyatı üçün önəmindən danışıb:

HTML tutorial

 

“Bu hüquqlara  laqeyid yanaşa bilmərik. İnsan hüquqları Davamlı müdafiə olunmalıdır. Bu işdə ciddi səyləri olan vətəndaş cəmiyyəti qurumlarının işini vurğulamaq lazımdır.  İnsan hüquqları müdafiəçiləri dayanmadan, yorulmadan bu işlə məşğul olurlar.

Eyni zamanda buradakı səfirliklərin nümayəndələri də bu dəyərləri bölüşür.

Bu il irəli sürdüyümüz şüar “Hamı üçün ədalət, azadlıqdır”.

Avropa İttifaqı güclü institutlarının yaradılmasına dəstək verir.

Bərabər insan hüquqları olmadan müasir dünya ola bilməz.

İnsan Hüquqları,  demokratiyanın təşviqi Avropa İttifaqının 2022-2024 cü il üçün fəaliyyət planına daxildir.

Azərbaycanın vətəndaş cəmiyyəti qurumlarına 9 milyon avro yardım nəzərdə tutulub.

 

Pərviz Həşimli

Gununsesi.info