4 rayona təbii qazın verilməsi istiqamətində işlər davam etdirilir - FOTOLAR

Ötən gün gecə saatlarında respublikanın ucqar ərazilərində yerləşən rayonlarda havanın kəskin dəyişməsi səbəbi ilə qaz təchizatında bəzi problemlər yaranıb. Bu da Gədəbəy və Qazax rayonlarının dağ və dağətəyi kəndlərində qaz xətlərində texniki nasazlıqlara səbəb olub, nəticədə qaz sızmaları baş verib. Dərhal SOCAR “Azəriqaz” İB tərəfindən yaranan vəziyyətin aradan qaldırılması istiqamətində işlərə başlanılıb, Qəza-bərpa xidmətinin əməkdaşları əraziyə cəlb olunub.

Dekabrın 15-i axşamdan sonra Balakən və Yardımlı rayonlarında da havanın kəskin dəyişməsi qaz təsərrüfatına təsirsiz ötüşməyib. Gecə saatlarında ərazidə çalışmağın mümkünsüzlüyü səbəbindən dekabrın 16-ı səhər saatlarından əraziyə təbii qazın verilişi dayandırılıb. Qısa müddətdə Birlik əməkdaşları əraziyə cəlb olunub. Hazırda hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, mövcud problemin aradan qaldırılması istiqamətində bütün mümkün tədbirlər görülür.

HTML tutorial
Gununsesi.info