Ramazan ayının ilk günündə Böyük Britaniya deputatı Paul Bristov müsəlmanlarla birlikdə oruc tutacağını söyləyib.
Gununsesi.org xarici İslam saytlarına istinadla xəbər verir ki, bu barədə ingilis siyasətçi “Twitter” dəki səhifəsində yazıb.
P.Bristov Piterboro şəhərində Mühafizəkarlar partiyasının nümayəndəsidir.
“Mən bu mübarək ayda onların nə yaşadıqlarını duymaq üçün Ramazan ayının ilk həftəsini şəhərimdə yaşayan 20 min müsəlmanla birlikdə oruc tutmağa qərar verdim”- Britaniya deputatı belə deyib.
COMMENTS