Polşada 524 nəfər koronavirusdan öldü

Polşada 524 nəfər koronavirusdan öldü

Polşada koronavirus infeksiyasının yaratdığı xəstəlikdən dünyasını dəyişənlərin sayı 500 nəfəri ötüb.

Gununsesi.org xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb. Məlumata görə, Polşada qeydə alınan yoluxma hallarının sayı 11 mini ötüb.

Belə ki, son bir gündə virusdan ölənlərin sayı daha 25 nəfər artaraq 524-ə çatıb, 11 273 nəfər isə virus daşıyıcısıdır.

Son məlumata görə, 87 min insan ev şəraitində karantində saxlanılır, müalicə alan 2 126 pasiyent isə sağalıb.

Hal-hazırda Polşada koronavirus infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilir.

 

 

Gununsesi.org

COMMENTS