XƏYAL DEYİL, GERÇƏKDİR: İNSAN ZƏKASININ QÜDRƏTİ –Ağlınızı YERİNDƏN OYNADACAQ gələcəyin nəqliyyat vasitələri (VİDEO)

XƏYAL DEYİL, GERÇƏKDİR: İNSAN ZƏKASININ QÜDRƏTİ –

Dünyanın ən maraqlı video xəbərləri ilə Gununsesi.org olaraq, “Youtube”-də “Arzu Sayadoğlu Videoları” kanalı ilə birgə hazırladığımız video materiallar əminik ki, sizin marağınıza səbəb olacaq. Bu dəfəki material çağdaş dünyamızda inqilabi şəkildə dəyişən, yüksək sürət və çoxfunksionallıq imkanları qazanan gələcəyin nəqliyyat vasitələridir. İzlədikcə insan əmin olur ki, yeni texnologiya bizə gələcəkdə ağılları beyinlərdən uçurdacaq imkanları ilə tamam fərqli dünyada yaşayacağımızın anonsunu verir. Artırılmış imkanlarla güclü beyinlərin hazırladığı bu texnologiyaları yaxın illərdə dünya metropolları olan şəhərlərdə görə biləcəyik.

Əmin olar bilərsiniz ki, yaxın illərdə magistral yollarda artıq yüksək sürətli, bəzəkli və qeyri-adi bəzəkli görünüşə sahib idman avtomobilləri ilə yanaşı,  yol hərəkəti qaydalarını və nişanlarını çeynəyib ata biləcək astronomik sürətli avtomobilləri görə biləcəksiniz: Uçan motosikletdən, “NAVYA ARMA”ya, Aether Cruise, Transit Elevated Bus,Terrafugia TF-X™, XTI Aircraft TriFan 600,  Aeromobil 3.0, The Hum Rider, EO Smart Connecting Car, Transportation Methods of the FutureHoversurf Scorpion Robocop markalı nəqliyyat vasitələrinə qədər.

İnsan oğlu xəyal balonunun çölünə çıxaraq beyin dondurucu texnika ilə öz zəkasının qüdrətini bir daha ortaya qoymuş olur. Ürküdücü və ovsunlayıcı bilgiləri videodan izləyin:

 

 

 

 

 

Arzu S.

Gununsesi.org

COMMENTS