“Sotheby’s” auksion evinin mütəxəssisi Katarina Beket koronavirus səbəbindən tətbiq edilən karantin zamanı darıxan zəngin insanların brilyant almağa başladığını bildirib.
“Onlar həmin nəhəng brilyantları evdə gəzdirirlər, çünki bundan sevinc hissi keçirirlər”,- deyə K.Beket əlavə edib.
Gununsesi.org EDNews.net-a istinadən xəbər verir ki, söhbət yüz minlərlə dollar qiyməti olan zinət əşyalarından gedir.
Mütəxəssisin sözlərinə görə, “Sotheby’s” martdan bu yana bir çox onlayn satış həyata keçirib.
“Lotların 92%-i satılıb. Məsələn, 1930-cu ilə aid brilyantlı üzük 190 min dollara satılıb. İlkin qiyməti 206 min dollar olan sarı brilyantlı üzüyü isə 253 min dollara alıblar”, – deyə Beket qeyd edib.
COMMENTS