İtaliyalı model iki aya yaxındır koronavirusdan sağala bilmir –FOTOLAR

İtaliyalı model iki aya yaxındır koronavirusdan sağala bilmir –

İtaliyalı model Byanka Dobroyu 2020-ci ilin fevral ayının sonunda yüksək hərarətlə xəstəxanaya yerləşdirilib.
Gununsesi.org “Daily Star”a istinadla xəbər verir ki, 23 yaşlı modelə koronavirus diaqnozu qoyulub.
Maraqlısı budur ki, evə buraxılmasına qərar verilən modelin 55 gün keçməsinə baxmayaraq, koronavirus testi yenə müsbət nəticə göstərir.
Martın 6-da xəstəxanadan evə karantinə buraxılan model xəstəliyi yüngül olduğu üçün müalicə edilməyib.
Bundan sonra onun altı həftə ərzində altı dəfə verdiyi test müsbət nəticə göstərib.
Yoluxucu xəstəliklər üzrə ekspert Luçano Attard İtaliyada belə bir hadisəyə indiyə qədər rast gəlinmədiyini deyib. O, müsbət nəticənin ən çox halda dörd həftə müddətində davam etdiyini vurğulayaraq, bu məsələni ciddi araşdırdıqlarını qeyd edib.

Gununsesi.org

COMMENTS