Jurnalistlərə şad xəbər: Koronavirusdan zərər görmüş KİV-lərə dəstək göstərilməsi gözlənilir- Bu saytdan qeydiyyatdan keçin

Jurnalistlərə şad xəbər: Koronavirusdan zərər görmüş KİV-lərə dəstək göstərilməsi gözlənilir

“Koronavirusdan zərər görmüş KİV-lərə də dəstək göstərilməsi gözlənilir”.

Gununsesi.org-un Oxu.Az-a istinadən xəbərinə görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəisi Natiq Şirinov bildirib.

O qeyd edib ki, KİV-lər Vergilər Nazirliyinin taxes.gov.az saytında qeydiyyatdan keçməlidirlər:

“Poliqrafiyalar saytdan müraciət etsinlər. Onların müraciətlərinə baxılacaq. Bununla bağlı məlumat sistemdə yerləşdirilib. Beşrəqəmli fəaliyyət növü üzrə vergi ödəyiciləri müraciət edə bilərlər”.

 

 

Gununsesi.org

COMMENTS