“Azərbaycan və İran tezliklə iqtisadi əməkdaşlığa dair müzakirələri yenidən başlayacaq”.
Gununsesi.org APA-ya istinadən xəbər verir ki, bunu İranın Ərdəbil əyalətinin başçısı Əkbər Namcu deyib.
Koronavirusla əlaqədar İran və Azərbaycan müştərək sənaye şəhərciyinin təsis edilməsi ilə bağlı iclasların təxirə salındığını deyən Ə. Namcu bildirib ki, hər iki ölkədə virusa yoluxanlar getdikcə azalır: “Tezliklə iki ölkə arasında müştərək iclas keçiriləcək”.
Ə. Namcu qeyd edib ki, bu layihələrin icrası Azərbaycan və İran arasında ticarət, iqtisadi əlaqələri və eləcə də bölgədə kənd təsərrüfatı istehsalını artıracaq.
O deyib ki, bu dəmir yolu xəttinin tikintisi Ərdəbil əyalətinin Qafqaz ölkələri, Orta Asiya və Rusiya ilə əlaqələrini inkişaf etdirəcək.
COMMENTS