Rəcəb Tayyib Ərdoğan: ”İsraillə əlaqələrə son qoyduq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraillə intensiv ticarət əlaqələrinə son qoyduqlarını bildirib.

 

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə prezident Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə birgə mətbuat konfransında çıxış edib.

 

O, Almaniya ilə təhlükəsizlikdən iqtisadiyyata, mədəniyyətdən elmə qədər hər sahədə sıx əlaqələrin olduğunu bildirib.

 

”Ümid edirik ki, Türkiyə və Almaniya bundan sonra müdafiə sahəsində ortaq istehsal layihələrindən danışacaqlar”.- deyə prezident vurğulayıb.

 

Görüşdə alman-türk icmaları ilə bağlı məsələləri də müzakirə olunub.

Ərdoğan ikili vətəndaşlığı mümkün edən yeni Alman vətəndaşlığı qanununu mühüm addım hesab etdiyini də bildirib.

 

Ərdoğan Almaniya rəsmilərindən terrorla mübarizə mövzusunda daha çox dəstək gözlədiklərini vurğulayıb.

 

Görüşlərdə İsrailin Qəzzada törətdiyi qətliamları da müzakirə etdiklərini vurğulayan Ərdoğan deyib: “Türkiyə olaraq bu məsələdə ilk gündən qərarlı, vicdanlı və cəsarətli mövqe tutmuşuq. İnşallah bundan sonra atəşkəsin təmin edilməsi və Fələstin xalqına fasiləsiz və kifayət qədər humanitar yardımın çatdırılması üçün səylərimizi artırmağa davam edəcəyik”.

Türkiyə-İsrail münasibətlərinə də toxunan Rəcəb Tayyib Ərdoğan İsraillə intensiv ticari əlaqələrinin tamamilə bitdiyini vurğulayıb.

 

 

Gununsesi.info