Paşinyan Gorus-Qafan yolunun bağlanmasından DANIŞDI

Ermənistanın baş naziri Nikol Paşinyan Gorus-Qafan yolunun bağlanmasından danışıb.

Gununsesi.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, yaranmış vəziyyətin gözlənilən olduğunu və bu müddətdə yeni yol infrastrukturu qurmaqda davam etdiklərini deyib.

“Bizə sülh gündəmimizi irəliyə aparmaq və inkişaf etdirmək üçün möhkəm əsəblər lazımdır”, – Paşinyan açıqlamasında bildirib.

Baş nazir, həmçinin Türkiyə ilə münasibətlərə də toxunub. O, Ankaradan müsbət siqnallar aldığını söyləyib.