
Fransanın “Nitsa” klubu Braziliya millisinin sabiq futbolçusu Dante ilə başa çatan müqavilə müddətini uzadıb.
Gununsesi.info klubun rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı oyunçu daha bir mövsüm Fransa Liqa 1-də çıxış edəcək.
Qeyd edək ki, 2016-cı ildən “Nitsa”da forma geyinən Dante daha əvvəl “Volfsburq”, “Bavariya” və “Borussiya” (Münhenqladbax) kimi klubların şərəfini qoruyub.
Gununsesi.info