SOCAR-dan Türkiyədəki zavod üçün böyük gediş: Rusiyanın nəhəng şirkəti ilə razılaşdı

Türkiyədəki obyektdə hasilatı sürətləndirməyi hədəfləyən SOCAR həm də Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalardan təsirlənməməyi hədəfləyir.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, SOCAR Türkiyədəki neft obyektlərinə gündə 200 min barrelə qədər xam neft tədarük edəcək.

Bu günə qədər yaxın əlaqələr quran SOCAR və “Lukoil” Rusiya-Ukrayna müharibəsində Qərbin tətbiq etdiyi sanksiyaların təsirinə düşməmək üçün xam neft tədarükü ilə bağlı yeni razılaşma əldə ediblər. Türkiyədəki STAR Neft Emalı Zavoduna gündə 200 min barel xam neft tədarük etmək üçün qollarını çırmalayan SOCAR “Lukoil” ilə 1,5 milyard dollarlıq kredit müqaviləsi imzalayıb.

“Lukoyl”la imzalanmış xam neftin alqı-satqısı müqaviləsi sayəsində SOCAR STAR obyektlərində neft hasilatını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.

İllik 11 milyon ton xam neft emal gücü ilə seçilən STAR Neft Emalı Zavodu 2018-ci ildə istifadəyə verilib.

Daxili bazar üçün istehsal edən STAR obyektləri daha çox dizel və təyyarə yanacağı istehsalı ilə seçilir.

Şərqi Aralıq dənizi regionunda hər növ xam nefti emal etmək qabiliyyətinə malik olan STAR qurğuları qlobal neft bazarlarında rəqiblərini aşağı salmır.

“Lukoil” ilə əldə olunan razılaşma sayəsində STAR obyektlərinə gündə 200 min xam neft nəql olunacaq və neft hasilatını xeyli sürətləndirəcək.

Gununsesi.info