
Bakı-Şamaxı yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info-nun məlumatına görə, hadisə magistral yolun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Həsənov Rüfət Mirzəli oğlu və 1956-cı il təvəllüdlü Hüseynova Maral Beydulla qızı xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib və həkim nəzarətinə götürülüblər. Fakt araşdırılır.
Gununsesi.info