Zəngilanda silah-sursat aşkarlanıb

  • By ilhame
  • 28 Aprel 2024 10:03

Zəngilanda silah-sursat aşkar edilib.

 

Gununsesi.info-ya DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonunun Tağlı kəndi ərazisindən 4 avtomat, 1 pulemyot, 3 avtomat darağı və 251 müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info