Azərbaycanda görkəmli riyaziyyatçı alim dünyasını dəyişib

  • By ilhame
  • 21 Aprel 2024 14:29

Görkəmli riyaziyyatçı alim, ETN Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” şöbəsinin müdiri, fizika riyaziyyat elmləri doktoru, professor Əkbər Əliyev dünyasını dəyişib.

 

Gununsesi.info-ya bu barədə alimin həmkarları bildiriblər.

 

Məlumata görə, o, bu gün vəfat edib.

 

Ə.Əliyev 170-dən çox elmi əsərin, 2 dərs vəsaitinin müəllifidir. 10-dan çox fəlsəfə doktoruna rəhbərlik edib.

 

Allah rəhmət eləsin!

Gununsesi.info