Hövsanda iki avtomobil toqquşub, xəsarət alan var

  • By ilhame
  • 28 Aprel 2024 09:21

Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Gununsesi.info-nun məlumatına görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

 

Belə ki, iki avtomobilin toqquşması nəticəsində sərnişin, 1995-ci il təvəllüdlü Məmmədova Təranə Mətləb qızı xəsarət alıb.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info