
Bərdədə gecə saatlarında “Köhnə bazar” adlanan ərazidə yanğın olub.
Gununsesi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə “Köhnə bazar” adlanan ərazidə yanğın baş verməsi barədə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Ərazidə baş vermiş yanğın qısa müddətdə söndürülüb.